Elza Seyidcahanın səsi canlı efirdə "xoruz buraxdı" - VİDEO
Əməkdar artist Elza Seyidcahan canlı efirdə pis vəziyyətdə qalıb.
Sənətçi “ATV səhər” verilişində Yeni ilə aid mahnı oxuyan vaxt səsi batıb.
Bu zaman ifaçı gülərək “Vasif Məhərrəmli gülür. Vasif gülmürsən ki?”, - deyə, bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “Zaurla Günaydın” verilişində Zaur
Baxşəliyev Elzanın evində qonaq olarkən qarmonu əlinə almaq istəyəndə
musiqi aləti ikiyə bölünmüşdü. Efirdə qonaq olan Vasif Məhərrəmli və
digər qonaqlar isə buna gülməyə başlamışdı. Əsəbiləşərək efirə zəng edən
Əməkdar artistin anası isə qonaqların gülməyinə etiraz etmişdi.