elza
Elza Seyidcahandan ŞOK ŞEİR – “Kim bizi görüşdürüb öpüşdürə bilər?”

Əməkdar artist, bəstəkar Elza Seyidcahan növbəti yeni şeir ilə gündəmə gəlib. 

Müğənninin Bizim.Media-ya ünvanladığı “Ay can” şerini təqdim edirik:

Kim sənə mənim kimi “Can sənə”

Sənin kimi mənə “Ay can” deyə bilər?

Kim sənin mənim kimi “həsrətini,”

Sənin kimi mənim “nazımı” çəkə bilər?

Kim sənə mənim kimi “nəfəsim”,

Sənin kimi mənə “dünyam” deyə bilər?

Kim səndə olan qayğılığın

Məndə olan bağlılığın dəyərini verə bilər?

Kim məndə olan xoşbəxtliyə

Səndə olan şəfqət və mərhəmətə çata bilər?

Kim bizim kimi sevginin yolunu

Gözləyə-gözləyə cəhənnəm əzabı yaşaya bilər?

Sevgisini,

Dilsiz, ağızsız, qulağsız başa düşə bilər?

Kim səni mənim kimi böyük işlərə ruhlandırar?

Sənin kimi məni, işlərimi görməyə mane olar?

Kim sənin kimi utancağlığa qalib gəlib,

Həqiqət yolunu işıqlandırar?

Sınanmış eşq sevgisinin

Zövqünü alar?

Kim bizim kimi biri-birinə

Sədaqət baxışları andı icər?

Mənim kimi sənin qəzəbini

Məhəbbət ilə yatırda bilər?

Kim sənin kimi qışqıran qürurlunu

Mənim kimi saflığı ilə susdura bilər?

Kim sənin kimi, sevməyin olduğunu bilməyən,

Əbədi eşq möcüzəsini daşıya bilər?

Kim sənin kimi eşqə ürəyini acar,

Mənim kimi eşq çadırından qaçar?

Kim bizim kimi ruh aşiqlərini dodaqlarında

Görüşdürüb öpüşdürə bilər?

Kim sənə mənim kimi “Can sənə”

Sənin kimi mənə “Ay can” deyə bilər?

Kim?

Axı kim???

14.09.2023 00:23
show 6239