elza

Elza Seyidcahan villasından, üzüm plantasiyasından, Qubadakı restoranından DANIŞDI

"Zəng ediblər ki, Elza Seyidcahan, oturmuşuq Qubada sizin restoranda. Çox gözəldir. Biri restoran açıb və insanlara mənim olduğunu deyib".

Qlobal.net xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Günaydın, Azərbaycan" verilişində deyib. Müğənni onun adından dələduzluq edənlərdən danışıb:

"Bank zəng vurub ki, niyə krediti ödəmirsiniz? Siz də ağlayırsınız? Sizin Şamaxıda üzüm plantasiyanız var. Bir gün də bir xanım deyir ki, sən də ağlayırsan? Zövqsüz villa tikdirirsən. Dedim, yerini deyin, gedim zövqsüz villaya".

23.12.2024 16:05
show 25