elza

Elza Seyidcahan tanınmış aparıcının belində ağac sındırdı - FOTO

Aparıcı İlqar Mikayıloğlu Əməkdar artist Elza Seyidcahanın çəkiliş zamanı onu ağacla vurmasından danışıb.

Qlobal.net xəbər verir ki, aparıcı deyib: “Biri var insanı döyəsən, biri də var belində ağac sındırasan. Elza xanım bunu mənə edib".

Onun sözlərinə görə, Elza Seyidcahan onu bir dəfə döyəndən sonra şeirlərini sevməyə başlayıb: "Hadisə qışda Şamaxı meşəsində olub. Arxadan vurulan zərbə. Bircə o yadımdadır ki, ağac parçası düşdü yerə. Baxdım ki, digər yarısı Elzanın əlindədir”.

Buna cavab olaraq, Elza Seyidcahan əsəbiləşib aparıcını vurduğunu bildirib. (lent.az)


18.11.2024 15:14
show 817