Elza
Elza şeirlərini tənqid edən Rasim Balayevin alnından öpdü - FOTO

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini tənqid edən Xalq artisti Rasim Balayevlə "Ötən günlər" proqramında bir araya gəlib.

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı müğənni sosial şəbəkədə foto paylaşıb. Diqqət çəkən məqam isə E.Seyidcahanın aktyorun alnından öpməsi olub. O, bununla sənətçidən incimədiyini nümayiş etdirib.

Qeyd edək ki, Rasim Balayev bəstəkar-müğənninin şeirlərini haqda danışarkən "Ona deyən yoxdur ki, işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini demişdi. E.Seyidcahan isə cavab olaraq "Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Mənim kimi böyük şairi şəxsiyyətli aktyor, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir. Rasim bəy, oxumağa davam edin. Sizi çox istəyirəm, məni tənqid edin".

27.09.2022 19:58
312