“Elza şair deyil” - Efirdə dava düşdü - VİDEO
Əməkdar artist Elza
Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi günlərdir
müzakirələrə səbəb olub.
Müğənni "Elgizlə izlə" verilində qonaq olarkən
şair Nəcibə İlkin tərəfindən tənqid olunub. O, proqramın ötən
buraxılışında Elzanın ünvanına ağır sözlər səsləndirib: "Elza
xanımı çox istəyirəm. Yaxşı, müğənni, bəstəkardır, amma şair deyil.
Onun ümumiyyətlə şeir aləmində heç nəyi yoxdur. Sadəcə bəsit sözlərdən
istifadə edib - əkim, töküm, nə edim (bir neçə saniyəlik onun mikrafonu
söndürülüb). Bunlar şeirdir? Söhbət Səməd Vurğundan, Süleyman Rüstəmdən
gedir. Onların üzv olduğu yerə Elza da olsun?"
N.İlkin bugünkü efirdə də fikrini dəyişmədiyini vurğulayıb: "Bəstəkar,
müğənni kimi onu qəbul edirəm, sevirəm də. Geyimlərini də həmçinin.
Amma Elza xanım şair deyil. Onlar qəbul edibsə, nə deyə bilərəm, Allah
canlarını sağ etsin. Başına cürbəcür şeylər qoyur. Deyirəm ki, bu da
onun imicidir, xoşu gəlir. Ləzzət edir mənə. Ağac qoyur və sair. Lakin
sizin cızmaqaralarınız sizi kölgədə qoyur".
Onun bu sözləri Elzanı əsəbiləşdirib. İfaçı narazılığı olduğu təqdirdə onun AYB-nin üzvlüyündən çıxa biləcəyini deyib: "Siz
də deyirsiniz, deyin. Orada-burada söyləyin ki, mən də Elzaya nəsə
dedim. Yaxşı edirsiniz, söyləyin. Bu, padişahlıq quşudur ki, qonub sizin
başınıza. Xanım deyir ki, 22 kitabım var. Bəstəkar olaraq bu günə qədər
müasir şairlərdən tutmuş, klassiklərimizə qədər çoxunun şeirlərinə
bəstələr yazmışam. Amma sizin 22 kitabınızdan iki dənə şeir bilmirəm.
Amma mənim bir kitabımın şeirləri dillər əzbəridir. Bundan qıcıq
olursunuz. Bəlkə siz də küsüb getmək istəyirsiniz Yazıçılar Birliyindan.
Siz bu dəqiqə özünüz gülünc vəziyyətə qoyursunuz. Bunu haradan
gətirmisiniz? Mən söhbəti açmıram. Onun ürəyi doludur. Siz 22 kitab
yazmısınız, amma sözünüzü deyə bilməmisiniz. Bir az da çox danışın, sizi
tanıyaq. İndiyə qədər tanınmamısınız, danışın. Hamıda bilir mən həmin
şeirimdə nə demək istəmişəm. Ona görə də bu gün AYB-nin üzvüyəm, fəxr
edirəm bununla". (axsam.az)