6479964f5fd7a202306231215
Elxan Şirinov plastik əməliyyat keçirən xanım həmkarını məsxərəyə qoydu – VİDEO

Müğənni Elxan Şirinov xanım həmkarlarının plastik və estetik əməliyyat keçirərək bir-birinə bənzəməsini qınayıb.

Qlobal.net bizim media-ya istinadən xəbər verir ki,  bununla bağlı sənətçi "Şou xəbər" verilişinə müsahibəsində danışıb.

Sənətçi bildirib ki, əməliyyat olunan müğənniləri tanımaqda çətinlik çəkir:

"Ardıcıl olaraq bir neçə müğənninin adını çəkə bilərəm ki, sanki eyni insandır. Eyni də oxuyurlar. Onlara baxanda deyirəm ki, bu kimdir? Məgər, biz qocalmışıq? Xeyr, biz qocalmamışıq. Biz balaca uşağı da yadımızda saxlayırıq, amma özü olsun, öz gözəlliyi olsun. Özün olmağa çalışanda, nələrsə edirsən. Özün olmasan bu həyat axındır, heç bilməyəcəksən ki, harada yerləşəcəksən". 


02.06.2023 11:12
show 648