Sosial şəbəkələrdə məşhurlaşan ateist bloqer Toğrul Səmədlə dinşünas Elşad Mirinin debatı maraqla qarşılanıb.
Qlobal.net xəbər verir ki, Elşad Mirinin Toğrul adlı şəxsin verdiyi bütün suallara düzgün və yerində cavab verməsi sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.
Belə ki, uzun müddətdir mübahisəsi gedən debat bir neçə gün əvvəl baş verib. Müzakirə zamanı ateistin verdiyi suallara dolğun cavab verən İlahiyyatçı Elşad Miri sosial şəbəkələrdə viral olub.