Bunu referans.az-a cənnət və cəhənnəm haqqında açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
O, cənnət və cəhənnəmin insanların mükafatlandırılacağı düşündüyü bir fərziyyə olduğunu bildirib: “Allah prinspial Allahdır, o özü qayda-qanunları qoyur və deyir ki, əgər bu cürə hərəkət etsəniz mükafatlandırılacaqsınız, əksini edərsənizsə, cəzalandırılacaqsınız. Bu da ondan irəli gəlir ki, insanlar etdiyi hərəkətə görə hər hansısa bir mükafat qazansınlar. Bu günümüzdə də belədir, hamı öz iş yerində hər kəsdən daha aktiv olmağa çalışır ki, onun vəzifəsi artırılsın, yəni hər hansı bir mükafat əldə etsin və yaxud kimsə öz işində bir səhvə yol verdiyi zaman müdir və ya rəhbərlik tərəfindən cəzalandırılır. Bu gün bu mükafatlandırılmaya cənnət, cəzalandırılmağa isə cəhənnəm deyirlər. Bu sadəcə belə bir anlayışdır. Bunun başqa cürə bir tərifi yoxdur. Yəni əgər bu olmasa, o zaman Allahın ədalətli olmaq anlayışı sual altına düşür”.