645e8b8b896f9202305235507
Elşad Miridən sərt AÇIQLAMA - Yezidə lənət oxuyanlar...
Son zamanlar müsəlmanlar arasında Yezidə lənət oxumaq mövzusunda bir sıra suallar yaranır. Bəziləri hesab edirlər ki, Yezid xəlifə olduğuna görə onu lənətləmək günahdır, bəziləri isə islamda lənət oxumağın belə düzgün olmadığını bildirir.

Bəs bəzi müsəlmanların Yezid İbn Müaviyəyə lənət oxuması düzgündür?

Bu barədə Referans.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu gün Müaviyəyə lənt demək düzgün deyil və ümumiyyətlə kiminsə pisliyini istəmək insanlara günah gətirən əməllərdir: “Birinci növbədə Yezid peyğəmbərimizin səhabələrindən biri olan Müaviyənin oğlu olub . İkincisi də niyə biz kiməsə lənət eləməliyik, yəni bununla biz nə əldə edirik. Təbii ki, heçbişey əldə etmirik. Yəni bu gün durub kimlərinsə ancaq əleyhinə danışmaq, kiminsə pisliyini istəmək və ya ancaq lənət oxumaq bunlar sadəcə bizə günah qazandıran əməllərdir. Yezidin qəddar biri olduğu heçkimə gizli deyil. O, çox qəddar bir şəxs olub, lakin onun elədikləri bizim bu gün ona lənət etməli olduğumuz anlamına gəlmir. Sizə sadə bir misal deyim ki, Yezidin harrə günü deyilən məşhur bir gün var. Həmin gün Yezid ona qarşı gələn, ona etiraz edən və onun hakimiyyətini istəməyən Mədinə əhlinə qarşı öz ordusunu salır, hətta orada olan səhabələrin arvadlarının, qızlarının təcavüz olunmasına səbəb olur. İmam Hüseyn və digər hörmətli şəxslərlə onu müqayisə etməyə qalsa, təbii ki, heç şübhəsiz onu seçmərik. Lakin bu kiməsə lənət oxunmalıdır və ya ona qarşı təhqiredici sözlər deyilməlidir demək deyil. Əsasən də Aşurə günlərində bəzi yerlərdə insanlar məscidlərə yığışıb Müaviyəyə lənət, Yezidə lənət kimi ifadələr işlədirlər. Hətda əsirlər əvvəl ölmüş birinə lənət oxumaq ümumiyyətlə, absurt bir yanaşmadır. Hər zaman yaxşı düşünək ki, qarşımıza da yaxşı əməllər çıxsın”.

12.05.2023 22:54
show 1179