644211732eb4d202304233043
Elşad Miridən bayram namazı ilə bağlı ŞOK AÇIQLAMA: Bu, Allahın istədiyi deyil

Bu gün Azərbaycanda bayram namazı qılınıb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, namaz bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınıb. 

Azərbaycanda bəzi məscidlərdə bayram namazının məzhəblər üzrə fərqli saatlarda qılındığı iddia olunur.

Qlobal.net xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, bu, təəssüfverici bir məsələdir.

"Təəssüflər olsun ki, bölücülük məsələsi bu gün bizim bayramımıza xələl gətirir. Halbuki İslam dinində bu anlayış yoxdur. Bayram hər kəsin bayramıdır. Hamımızın bunu bir yerdə qeyd etməli olduğumuz bir bayramdır. Bu bölücülükdən qurtulmaq lazımdır. Gözəl məqam o oldu ki, dünya ilə təxminən eyni vaxtda Ramazan ayına başladıq, eyni gündə yekunlaşdırırıq. Bayram namazında bu ayrıseçkiliyə dəyərmi? Bu, birliyin, bərabərliyin pozulması deyilmi? Ayrıseçkilik salmağa ehtiyac yoxdur. Bu, doğru yanaşma deyil, Allahın istədiyi deyil. Biz Allahı layiqincə qiymətləndirmirik.

Təəssüflər olsun ki, bu günə qədər bəzi məscidlərdə oxşar vəziyyət olub. Tanıdığım şiə və sünnilər var ki, bayram namazını birlikdə qılırlar. Çünki bu, bayramlaşmadır. Bəzən insanlar məscidə yerləşmir, o zaman ikinci dəfə başqa bir imamın arxasında namazlarını qılırlar. Belə anlayışlar olub", - ilahiyyatçı vurğulayıb.

21.04.2023 08:29
show 616