Bu gündən - 19 iyuldan Məhərrəm ayı başlayır. Bildirilir ki,
yaradan bəzi ayları başqalarından üstün tutar, onları fəzilətli edər və müsəlmanların
da həmin fəzilətdən bəhrələnməsinə imkan verər. Dörd haram aydan biri sayılan Məhərrəm
də belədir. Ölkə əhlisinin "məhərrəmlik" dediyi ayda toy, nişan mərasimlərinin
məsləhət bilinməməsini, müsəlmanların digər aylarla müqayisədə daha sadə
davranmalarını gərəkdirən səbəb olduğu bildirilir.
Bəs bunun səbəbi nədir və Məhrrəm ayında 40 gün yas tutulması dügündürmü?
Bu barədə Referans.az-ın sorğusunu cavablandıran ilahiyyatçı
Elşad Miri bildirib ki, Bu məsələ imam Hüseynin 680-ci ildə qətlə yetirilməsi ilə bağlıdır:
“Birincisi bu imamların qətl edildiyi gün deyil. İmamlardan
birinin öldürüldüyü gündür. Bu da peyğəmbərimizin nəvələrindən biri olan imam
Hüseynin 680-ci ildə daha sonralar Kərbəla adlandırılan yerdə qətlə yetirilməsi
ilə əlaqəlidir. Peyğəmbərimizin özünün vəfat elədiyi günlə bağlı bu səvyyədə
yas mərasimi təşkil olunmur, digər imamların belə yas mərasimi bu şəkildə təşkil
olunmur. Niyə məhz imam Hüseyn? Sasani İmperiyasının hökmdarı sonuncu hökmdarı
lll Yezdəgirdin qızı Şahrubani imam Hüseynin xanımı olub. İmam Hüseynin fars
xanımı olmasına görə, həmin xanımından dünyaya gələn övladlar həm imam sayılıb,
həm də seyid sayılıb. Amma imam Həsənin nəslindən gələnlər seyid də sayılmır, şərif
sayılır. Gəlin onun elmə, təhsilə maraq verdiyi qədər biz də övladlarımızı
maarifləndirməyə çalışaq. Sonuncu peyğəmbərimiz olan Məhəmməd peyğəmbərdən əvvəl
Yəhya peyğəmbərimiz, Zəkəriyyə peyğəmbərimiz bunlar müxtalif formatlarda, əziyyətlə
qətlə yetirilib və Quranda da bu haqda məlumat verilib. Amma sonuncu peyğəmbərimiz
həmin günlərlə bağlı heç bir əzadarlıq təşkil etməyib”.
İlahiyyatçının sözlərinə görə, heç bir zaman özünü döymək və
ya özünə əziyyət etməklə bağlı müsəlmanlara tövsiyə verilməyib. O bildirib ki,
vaxtında bunu peyğəmbərimiz belə etməyibsə, biz bunu niyə etməliyik: “Allah da
Quranda bildirir ki, özünüzü təhlükəyə atmayın, özünüzə zülm verməyin. Biz bunu
etməklə Allahın ayələrinə qarşı gəlirik. İmam Hüseyn kimi haqqı demək
lazımdır”.
Elşad Miri qeyd edib ki, Azərbaycanın bir çox bölgələrində bəzi məscidlərdə özlərini şiə adlandıran insanlar həmin günlərdə əzadarlıq deyilən, yəni özlərinə əzab verməklə bağlı məsələləri gündəmə gətirirlər və həyata keçirirlər. Amma bunun heç bir dini əsası yoxdur və düzgün deyil.