"Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi
televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi "yedizdirsələr" o da
"yeyiləcək", təbliğ olunacaq, o zövqüdə formalaşdıracaq".
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Elnarə
Xəlilova qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində deyib.
Sənətçi bayağı müğənnilərin və onların oxuduğu bayağı mahnıların bu
qədər populyar olmasında günahı televiziyada gördüyünü bildirib: "O zamanlar televiziyalarda hər yoldan keçəni efirə buraxmırdılar. Çox ciddi nəzarət vardı. Lakin indi belə deyil".
Proqramın aparıcısı Zaur Baxşəliyev "O dövrdə "ABBA" kanalında bayağı
dediyimiz musiqilərə az kliplər çəkilmişdi?" deyə Elnarəyə sual
ünvanlayıb.
Xəlilova isə cavabında "O mahnıları tənqid edən "ABBA" kanalında "Qatıq kliplər" adlı rubrika vardı" sözlərini dilə gətirib.
Aparıcı bu anda "Elə o "Qatıq kliplər" dediklərinizi -
"qatıqlaya-qatıqlaya" gəlib populyar edirlər də... İnsan necə populyar
olur, "qatıqlaya-qatıqlaya". Yəni belə populyar olurlar da...
Ağılla-başla populyar ola bilmir axı... " kəlimələri gülərək ifadə
edib.