Cəmiyyət
Elman Nəsirovun keçmiş xanımından SENSASİON AÇIQLAMA: Oğlumu məhv etdi, indi də qızımı…

Son günlər Milli Məclisin deputatı Elman Nəsirovun qızı Laləzər Əliyevanın çıxışı cəmiyyətdə böyük rezonans yaradıb. Bunun ardınca millət vəkilinin keçmiş həyat yoldaşı da ardıcıl bir neçə videomüraciət yayaraq bəzi iddialar səsləndirib.
Qlobal.net Bakupost.az-a istinadla xəbər verir ki, son videolarından birində Elman Nəsirovun keçmiş həyat yoldaşı deputatı onun “uşağını tələf etməkdə” günahlandırıb.
Onun sözlərinə görə, Elman Nəsirov bir övladını öldürüb, indi isə digərini – qızını öldürmək istəyir:
“Deputat Elman Nəsirovun qızı barədə video yayılmışdı, mən o qızın anasıyam. Qızımın atası bizim ilk uşağımızı, yəni qızımın qardaşını məhv etdi və indi də onu da öldürmək istəyir. Qızım 26 yaşına qədər bağçadan başqa instituta və məktəbə gedib, iki fərqli evdə birlikdə yaşamışıq, qonşular da, qohumlar da onu tanıyır, onun bacısı və qardaşı da tanıyır. Elman Nəsirov həmişə qızını və məni yox etməyə çalışıb”.
Ətraflı videoda…



