Site icon Qlobal.Net

Elman Nəsirovun birinci xanımı ilə FOTOLARI yayıldı

nocomment f3cd043ba983e45dcaca968840af96b7 1z7gafrxi9wl4v320o8n e1594891355683
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb. Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib. Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.

Elman Nəsirovun ilk evliliyindən dünyaya gəldiyini bildirən Laləzar Əliyeva isə anası ilə deputatın toyundan çəkilən fotoları Teleqraf-a təqdim edib.

Laləzar Əliyeva onu da bildirib ki, atalığın dəqiqləşdirilməsi üçün analiz verməyə də hazırdır:

“Sizə təqdim etdiyim fotolarda ata-anamın toy şəkilləridir. Atamın nənəsini Rüqsarə xanımın da qucağında şəklim var. Dünən yoldaşım gəldi ki, videoları sil, atan səni həbs etdirmək istəyir. Necə onun qızı deyiləm ki, məni tutdurmaq istəyir. Mən analiz verməyə də hazıram”.

Exit mobile version