cəmilə

“Elit star” Cəmilə: “Yaşı 50-ni keçən müğənnilər ərə getməkdən danışır, ayıbdır”

"50-55-60 yaşlarında müğənnilər ərə getməyiblər, ailə qurmayıblar... Xanımlardan danışıram, kişilərdən yox. Çıxırlar efirə, deyirlər ki, nişanlandım, mənə elçi gəldilər. Ayıbdır!"

Qlobal.net bizim.media-a istinadla xəbər verir ki, bu sözləri şou-biznesdə "Elit star" ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətçi yaşı 50-ni ötən və nişanlandığını efirdə bəyan edən qadın həmkarlarına etirazını bildirib:

"Toylara gedirik. Evlənənlərin yaşı 30-a qədər olur. 30 yaşında ərə getməyən xanıma deyirlər ki, qız evdə qaldı. Yaşı 50-ni keçən qadın müğənnilər nişanlanmaqlarından danışırlar. Bunları eşidənlər bizə gülürlər. Sizin yerinizə utanırıq.

Qadınlardan xahiş edirəm, efirdə bu mövzuda danışmayın. Əgər zamanında ailə qurmayıblarsa, keçdi, getdi... "Qız qalır, qızıla dönür" misalını isə atalar düz deməyiblər. Qızın ərə getmək üçün bir vaxtı var. 2 oğlum var. Onları da 23-24 yaşında evləndirmişəm".

09.05.2024 12:36
show 506