izzət

Əlində təsbeh tutub zikr etməli olan ağbirçək nənə bütün günü “TikTok”dadır

“Bu gün görürsən ki, əlində təsbeh tutub zikr etməli və nəvələri ilə oynamalı olan ağbirçək bir nənə bütün günü “TikTok”dadır”.

Qlobal.net olay-a istinadla xəbər verir ki, bunu müğənni İzzət Bağırov deyib.

O əlavə edib: "Baba, nənə, ata, ana, övlad, məktəbli, tələbə hətta körpə uşaq da “TikTok”dadır. Körpənin də başını qatmaq üçün telefonu əlinə veriblər. Bütün ailə “TikTok”dadır. Hamı da onlarınm səhifələrinə daxil olur. Çünki onlara onlar maraqlıdır. O da baxıb görür ki, yaşından fərqi olmayraq bütün nəslin nümayəndələri onun izləyicisidir.

Sonra deyirik ki, bu niyə belə oldu? O özü heç nə eləmədi ki... Onu kim qaldırıb, yüksəltdi, ucaltdı? Biz, yəni camaat elədi də...”

13.02.2025 14:12
show 132