65f42bafcb113202403240623
Əlikram Elgizi ifşa etdi: "Proqramdan əvvəl mənə tapşırdı ki..."

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib.

Qlobal.net lent.az-a istinadən bildirir ki, o Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib.

"Verilişə çağırıb, proqramdan əvvəl mənə tapşırdı ki, meyxananı kəskin tənqid elə. Dedim "başına dönüm, öz sənətimdən de, ondan danışım, mənim meyxanadan başım çıxmaz. Dedi, yox e, tənqid eləməlisən. Veriliş başladı, başladım danışmağa, dedim meyxanaçılar mahnı oxumamalıdır, filan... Bir də gördüm meyxanaçı Ələkbər gəldi proqrama. Mənə qayıdasan ki, sən yaxşı oxumursan deyə meyxanaçılar mahnı oxumağa başladı. Mən Ələkbərə söz çatdıra bilərəm? Elə özümə dedim ki, haqq olur sənə Əlikram, sənin meyxana ilə nə işin var ki, söz də eşidirsən",- o bildirib.

15.03.2024 15:05
show 15799