Müğənni Əlikram Bayramov efirdə öz avtomobilini satışa çıxarıb.
Oğlu Qaliblə "7 tamam"
verilişində qonaq olan sənətçi bildirib ki, 2012-ci ilin "Range Rover"
markalı nəqliyyat vasitəsini 40 min dollara (təminən 68 min manat)
satır.
Qalib isə vurğulayıb ki, o, universitetə daxil olarkən atası ona
bu avtomobili hədiyyə edib. Maşın köhnəldiyindən onu satmağa qərar
veriblər.
Proqramın aparıcısı Nanə Ağamalıyeva avtomobil satılarsa, Əlikramdan
jest olaraq pulun müəyyən qədərini yardıma ayırmasını xahiş edib. Bunu
eşidən Bayramov öncə razılaşmasa da daha sonra 2000 manat verəcəyini
vurğulayıb.
Verilişin gedişatında sənətçinin maşınına alıcı da tapılıb. O, ATV-nin
həyətinə gələrək avtomobili almaq istədiyini vurğulayıb. Lakin həmin
şəxs avtomobili 40 min dollara deyil, 35 min dollara almaq istədiyini
bildirib. Müğənninin oğlu Qəlib həmin məbləğlə razılaşmayaraq, ona cəmi
2000 dollar endirim edə biləcəyini söyləyib.
Daha sonra alıcı nəqliyyat vasitəsinin üzərində olan 12-BD-005 nömrə
nişanını avtomobildən çıxartmamağı və birlikdə almaq istədiyini
bildirib. Amma nə Əlikram nə də ki oğlu Qalib bu təkliflə
razılaşmayıblar. Studiyada əyləşən müğənni alqı-satqının efirdən sonraya
qalmasını istəyib.
(bizimmedia)