662c003cc5f97202404242756

Cavanşir Məmmədovun ölümünə görə bu məşhuru günahlandırdı

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib.

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu teleproqramda ad çəkməsə də,  bir aparıcını ittiham edib. 

“Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O Cavanşirə böyük dərd verdi.

Fırıldaqçı türk vardı (keçmiş kürəkəni Kemal Mustafa İbili), efirlərə çıxıb yalan açıqlamalar verdi. Amma Cavanşirə ən böyük zərbəni kanalların birində çalışan məşhur bir aparıcı vurdu. Gerçəkləri bilmədən Cavanşiri gözdən saldı. Belə etmək olmazdı.

Cavanşir hər gecə səhərə kimi söhbət edib, mənimlə dərdləşirdi. Heç kimə əziyyət vermədi, xəstəxanaya düşmədi. Həyat yoldaşı Xalidəni də üç dəfə insult vurub. Xalidə durur, amma əri dünyasını dəyişdi”, - Əli Mirəliyev vurğulayıb. 

Qeyd edək ki, Cavanşir Məmmədov bir neçə gün bundan qabaq 70 yaşında evində ürəktutmasından dünyasını dəyişib.

26.04.2024 23:25
show 1011