Əli Kərimli özünü rüsvay etdi: Hər şeyi statusda yazdı - FOTOFAKT
AXCP sədri Əli Kərimli səhvən etdiyi paylaşımla özünü rüsvay edib.
Qlobal.net xəbər verir ki, Ə.Kərimli çaşaraq üzvlərə tapşırıq kimi verəcəyi məlumatı özünün feysbuk səhifəsində paylaşıb.
O, paylaşımı 5 dəqiqə sonra silib.
Əli Kərimlinin sözügedən paylaşımda yazıb:
"Mən Maya xanımın yanına ona görə getmədim ki, cəbhəçilərin aclığı
başlasın və mən gedib ondan xahiş edim ki, aclığı dayandırsın. Yəni
mənim gedib deməyə sözüm olmalıdır. Aclığı başlamağı sürətləndirin.
İndidən istilik peçi qurun. Hesabı özümüz ödəyəcəyik. Qorxmasınlar.
Təcili hamı pastelini hazırlasın. 5-də - 6-da aclıq başlansın artıq. Mən
bu gün 5-də Toplum tv-də olacam. Oradan çıxıb, gedəcəm Tofiq bəygilə.
Təqribən 18:30 - 19:00 arası Tofiq bəygildə olacam. Saqif bəygil o
saatlarda getsinlər Tofiq bəygilə. Mən orada tək olmayım. Səadət xanımı
və başqa getmək istəyənləri də götürüsünlər. Yəni mən gələnə orada 5-6
nəfər RH üzvü olsun. Təzəxan bəy də olsun. Çalışarıq ki, Maya xanıma
aclığı bu gün dayandıraq”.
AXCP sədrinin bu səhvi böyük narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri onu ikiüzlülükdə ittiham edib.