65b20a946550c202401241532
Əli Kərimin oğlu vəfat etdi - FOTO

Azərbaycanın tanınmış alimi, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov 65 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, Paşa Əli oğlu Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

1982-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi, 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1 noyabr 2011-ci il tarixindən 11 fevral 2014-cü il tarixinədək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra etmişdir. 2014-cü ildən vəfatına kimi institutun direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin 2015-ci ildən institutun Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi

25.01.2024 11:14
show 4567