elgiz
Elgizlə meyxanaçı arasında efirdə GƏRGİN ANLAR: "Səni yıxıb sürüyəcəm"

Meyxanaçı Rüfət Nasosnu və Tekeaparıcı Elgiz Əkbər arasında qalmaqal yaşanıb.

Qlobal.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, onlar bayağı mahnılara görə mübahisə ediblər.

Belə ki, əvvəlcə Elgiz Əkbər izləyicilərin Rüfət Nasosnunun mahnılarının bayağı olduğunu bildirdiklərini deyib.

Rüfətsə bunun heç nəyi dəyişmədiyini bildirib: "Mənə xoşdur. Əsas odur ki, mahnıda hiss var. Nə fərqi var ki, bu nifrətdir, yoxsa sevgi. Əsas hissin olmasıdır".

Elgizinsə Rüfətə cavabı belə olub: "Mənə izləyicilər dedilər, mən də bildirdim. İndi sənə qulaq asacağıq, əgər mahnın bayağı olsa, səni yıxıb sürüyəcəm".

01.06.2024 12:31
show 4098