"Hələ də rəhmətlik həyat yoldaşımı sevirəm. 10 ildir dünyasını dəyişib. Sevgi ölmür. İnsanın cismi gedirsə, o demək deyil, onu sevmirsən. Hər gülən insan o demək deyil, xoşbəxtdir. Heç kimin həyatını müzakirə etməyin. Həyat çox çətindir".
Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva "Elgizlə izlə" verilişində deyib. O, aparıcı Elgiz Əkbərin həyat yoldaşı ilə bağlı sözlərinə əsəbiləşib. Lalə bildirib ki, ərini 10 ildir itirsə də, hələ də onu sevir.
Lalə daha sonra proqrama yardım üçün gələn şəxslərə "Pozitiv olun. Hamımız xoşbəxtik" sözlərini deyib. Daha sonra proqramın digər aparıcısı Pərvanə Tahirqızı onun bu sözlərini tənqid edib. "Siz yəqin dəstək almısınız. Maraqlıdır, kimdən almısınız" deyə, Laləyə söyləyib.
Aparıcı isə ona "Özüm özümə dəstək vermişəm. Psixoloqa ehtiyacım yoxdur. Qadın və kişinin işi olmayanda, acqarına yaşamaq olmur. Dərmana da, yeməyə də pul lazımdı" sözlərini söyləyib.
"Dava etmək mənlik deyil. Sözləriniz mənə qəribə gəldi ki, ekspertlərə nə olub? Ən hörmətli insanlardır. Mənə söz atırsınızsa, "daydayım", tapşıranım yoxdur. Ali təhsil almışam, əziyyətlə gəlib bu yerə çatmışam. Sizə deyirəm ki, psixoloji dəstək olan olub. Mənim heç kimim yoxdur, öz hesabıma burada oturmuşam" deyə, Pərvanə əlavə edib.
Onun bu sözlərinə Lalə "Mənim işim olsaydı, gəlib burada ekspert kimi oturub biabır olmazdım" cavabını verib.
Bu sözlərə əsəbiləşən Elgiz Əkbər Laləyə sərt cavab verib:
"Yoldankeçən bu verilişdə ola bilməz. Gedin fəxr edin ki, sizi ekspert kimi bu verilişdə otuzdurub, söz vermişəm. Deyirsiniz ki, mən ekspert olmağa pis baxsaydım, gəlib burada özümü biabır etməzdim".
Pərvanə isə "Hər aparıcının öz dövrü var. Siz olanda mən olmamışam. Mən varam, siz yoxsunuz" deyə, Lalənin ünvanına bildirib.