ARB kanalında yayımlanan Elgizlə İzlə verilişi haqda bir sıra iddialar səsləndirilib.
Qlobal.net xəbər verir ki, verilişin iştirakçısı olmuş Ayşə adlı qadın verilişdə baş verənlərin saxta olduğunu bildirib.
Ayşə MTV kanalında Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl" verilişində bildirib ki, efirdə ondan istifadə olunaraq reytinq toplayıblar.
Ayşə daha sonra bildirib ki, verilişdə olan həkimlər onun üzünün əməliyyatı üçün ondan 5 min manat pul istəyib.İmkanı olmadığı üçün həkim əməliyyatdan imtina edib.
Ayşənin bu fikirlərinə bir müddət həmin verilişdə ekspert olmuş vəkil Şəfiqə Nağıyeva da reaksiya verib.
Vəkil ad çəkməsə də,verilişi tənqid edən fikir səsləndirib. O,bildirib ki, efirdə 65 yaşlı qadının belinə qırmızı lent bağlanaraq ərə verilməsi mental dəyərlərə ziddir.
Qeyd edək ki, sözügedən proqramda Həqiqət adlı qadın 65 yaşında ərə gedib və onun hamilə olduğu açıqlanmışdı.
İdiidalarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (Oxu24.com)