Müğənni Aynur Dadaşova ilə aparıcı Nigar Fərhad arasında qalmaqal yaşanıb.
Qlobal.net xəbər verir ki, onlar "Elgizlə izlə" verilişində qonaq olarkən mübahisə edib.
"Mən də aparıcıyam, verilişimdə divanda çox ədəb-ərkandan danışan müğənnilər görmüşəm, onların keçmişini bilirik. Mən də onlardan danışa bilərəm. Düşünürsünüzsə, mənə yaraşmır, verilişimi izləməyin və qonaq gəlməyin. Siz mənə dərs keçə bilməzsiniz. Tövsiyəniz üçün təşəkkür edirəm, başqa yerdə istifadə edə bilərsiniz", - deyə, N. Fərhad bildirib.
A.Dadaşova isə ona "Danışa bilərsən. Barmağını belə etmək aparıcıya yaraşmayan hərəkətdir. Qızım, düz deyil. Mən sənə yox, heç kimə dərs keçə bilmərəm. Hər kəsin öz qanacağı, mərifəti, qabiliyyəti və tərbiyəsi var" cavabını verib. (OLAY)