66915f39d30a3202407245209
Elgiz Rövşanədən üzr istədi - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar artist Qorxmaz Əlili "Elgizlə izlə" verilişində aparıcı Rövşanə Ağasəfqızını tənqid etmişdi.

Qlobal.net axşam.az-a istinadən bildirir ki, sözügedən proqramın bu gün yayımlanan buraxılışında aktyor aparıcını tərbiyəsiz adlandırmadığını və sözlərinin yanlış anlaşıldığını bildirib: "Mən desəm ki, Rövşanə xanım tərbiyəsizdir, bu söz birbaşa məhkəməlikdir. Mən bele söz deməmişəm. Təkrar bu söhbəti etmək istəmirəm. Dediyim o idi ki, insanı dəvət etmisənsə, hörmətini saxlamalısan. Aparıcılığa aid deyirəm".

Elgiz Əkbər isə həmkarı ilə gözəl münasibətinin olduğunu bildirərək ondan üzr istəyib: "Rövşanə xanım deyir ki, "İllərdir dostluq edirik. Birlikdə çalışımışıq, evimə gələn insansan". Dediklərinin hamısı da düzdür. Mən də and içməkdən ölmüşəm ki, canımla əlləşirdim. Xəstə idim, 10 gündür özümə gələ bilmirdim. Yaman günə düşmüşəm. Buradan bildirirəm ki, dediklərinizin hamısı düzdür. Rövşanə xanımın elm sahəsində fəaliyyəti var. Gözəl televiziyaçı, pedaqoq, ana, yaxşı bir nəslin nümayəndəsidir. Verilişdə əgər belə bir şey olubsa, mən şəxsən üzr istəyirəm. Sən hər şeyin ən gözəlinə layiqsən".

12.07.2024 20:50
show 509