Elgiz aparıcısı olduğu verlişdə illər sonra mərhum İlhamə Quliyevanın istəyi ilə etdiyi bir hadisədən danışıb.
Qlobal.net xəbər verir ki, aparıcı efirdə bildirib ki, bir gün mərhum Xalq artisti ona zəng vuraraq qarmon ustası Gülbahar Şükürlünü efirə dəvət etməsini istəyib.
Aparıcı İlhamə Quliyevanın istəyini yerinə yetirdiyini, növbəti verlişə onu dəvət etdiyini bildirib:
"Birinci reklam oldu, bir də gördüm prodüser telefonu qaça-qaça gətirir ki, İlhamə xanım sənlə danışmaq istəyir. Mən elə düşünürəm ki, indi deyəcək "Çox sağol, xahişimi yerinə yetirdin". Qayıtdı ki, "təcili onu çıxart efirdən. O, ona layiq deyil" (parol.az)