Rzayeva isə "Bu, mənim həm ərim, həm oğlum-qızım, həm də çörək ağacımdır. Təkliflər çox olurdu. Mənim xərcim, rasxodum çoxdur. Qaçmırlar, mən istəmirəm, neynirəm? Artıq problemdir. Evdə istəmirəm ki, yeyənlərim çox olsun. Ərimi sevirdim, balalarımın atası idi də. 28 il yaşamışıq. İndi rəhmətə gedib. O vaxtı ağzının dadını dəyişmək istədi, getdi", - deyə, bildirib.
Elgiz qarmon ifaçısına "Ona görə qaçıblar da sizdən. Kim istəməz ki, üstü qızıllarla dolu qarmon, qızılın-brilliantın içində, ev... Əriniz bu cür döşəməli aşı qoyub, gedib görəsən, nə yeyib? Dolma yox, şorba yeyib, yəqin. Şorbanı yedi, sonra döşəməli aşa qayıtmadı? Onda da hay-hayı gedib, vay-vayı qalmışdı?" deyərək cavab verib.