elgiz
Elgiz bu müğənnilərdən danışdı: "Şeytana, "qulyabani"yə çevrilirlər, üstümə cumurlar..."

Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində bir sıra müğənniləri canlı ifa edə bilməməkdə günahlandırıb.

Qlobal.net olay-a istinadən bildirir ki, Elgiz onun proqramına qatılan ifaçılarla bu səbəbdən tez-tez mübahisə etdiyini bildirib. 

"Verilişimdə qonaq olan o müğənnilərə canlı oxumağı təklif edirəm. Bu sözlərimdən sonra üzümə gülərək baxıb "Bu gün səsim yerində deyil" deyir. Elə ki, reklam başlayır şeytan, "qulyabani"yə çevrilirlər və mənim üstümə cumub "Niyə mənə deyirsən ki, canlı oxu?" söyləyirlər. Mən də cavab verirəm ki, sizə mən nə dedim? "Çər", "azzar" dedim? Sən müğənni deyilsən ki? Mən sənə dedim ki, nərdivanı qoy, dama çıx?", - deyə E.Əkbər vurğulayıb.

Onun bu açıqlaması isə verilişdə olan müğənni qonaqların üzünü güldürüb. 

23.09.2024 11:44
show 108