Ələkrəm Hümmətov öldü
Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim
edən və 2004-cü ildən Hollandiyada yaşayan Ələkrəm Hümmətov dünyasını
dəyişib.
Qlobal.net Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Hollandiyada xəstəlik səbəbindən ölüb.
Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə
anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini
olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan
Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib.
2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.