Şou-biznes

Elə sözlər deyərəm ki, çoxlarının 7 qatından keçər… – Aqşindən Tərlana CAVAB

Sözünün kəsəri yoxdu deyən meyxanaçı Tərlan Novxanıya həmkarı Aqşin Fatehdən cavab gecikməyib.

Qlobal.net xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan Aqşin deyib ki, Tərlan Novxanının onun sənəti haqqında danışmağa haqqı var:

“O da şairdi, söz ustadıdır. Onun xətrini çox istəyirəm. O, məni vuracaq bir söz deməyib. Deyib ki, Aqşinin sözü mənim üçün qılınc kimi kəsərli deyil. Mən elə sözlər deyə bilərm ki, nəinki Tərlanın, hətta bir çoxlarının 7 qatından keçər. Mən bu sözü deməyə qadirəm. Meyxanaçılarla heç vaxt qalmaqala getməmişəm. Çünki onlarla mənim aramda illərin zəhməti var. Fikrimcə, mən Tərlanın sözünü demək üçün dəstəkçi obrazam. Belə başa düşdüm. Ona görə, o sözün üstünə çox getmədim”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Sancag__xeber (@sancag.xeber)

Related Articles

Bir cavab yazın

Back to top button