Aktrisa Pərvin Abıyeva ailə qurmaq arzusunu dilə gətirib.
Qlobal.net xəbər verir ki, "Çərçivədən kənar" verilişinin qonağı olan Pərvin bu barədə danışıb.
"Ailə və uşaq istəyirəm. Özümü həddindən çox buna hazır hiss edirəm. Tanınmış insanları qınayırlar ki, bunlardan ailə olmaz. Həmin insanların qabağında elə göstərərəm ki, özlərinə qadın deyənlər utanarlar. İmzadan qorxuram, amma bu yola qol qoysam, geri dönüşü yoxdur. Hər zaman beynimə yeritmişəm ki, ailəni dağıtmaq üçün qurmayım, təkcə uşaq gətirmək üçün yox". (milli.az)