Cəmiyyət

Elə bilirlər ki, idman zalında arxanı oynadıb… – Yazar Nigarın geyimindən yazdı

Tanınmış müğənni Nigar Camalın səhnə geyimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qlobal.net xəbər verir ki, müğənninin açıq-saçıq libasına münasibət bildirən yazar Müşfiq Abbasov sosial media hesabında sərt tənqidlə çıxış edib.

O, bu cür geyimi müasirlik adı altında qəbul etməyin doğru olmadığını bildirib: “Müğənni Nigar Camal açıq-saçıq geyiminə görə onu tənqid edənlərə deyib ki, “biz səhnə insanıyıq, belə daha maraqlı olur”. Bu cür insanlar müasirlik deyəndə elə bilirlər ki, mütləq soyunmalısan, idman zalında arxanı oynadıb video paylaşmalısan və hökmən də bir “gey” dostun olmalıdır. Qadın bədəni paltarsız pis görünür, ay müasir xanım. Gör, heç çimərlikdə qadınlar maraqlı olurmu? Axı qadın soyunduqca adiləşir. Qadına gözəllik verən onun geyimi və abırıdır. Müasirlik deyə-deyə xalqın sonunu gətirməyin. Bilirik ki, əxlaq sizin üçün önəmli deyil, amma bizim üçün çox vacibdir. Müasirlik soyunmaqda deyil, düşüncə tərzində olur”.

Picture background

Müşfiq Abbasovun bu açıqlamasına cavab isə jurnalist Pərviz Hüseynlidən gəlib.

O, sənətçinin bu fikirlərini ziddiyyətli adlandıraraq yazıb: “Nigar Camal illərdir bu obrazdadır. Həmişə belə libaslar geyinib. Tədbirlər, çəkilişlər, bilavasitə yer aldıgınız məclislərdə də. “Ay Pərviz, Nigar kitabımı paylaşsın”, “Bir bəri gələndə denən kitab hədiyyə edim” kimi təklifləriniz olanda belə demirdiniz amma, fikrinizi nə dəyişdi, Müşfiq müəllim? Axı, canıyanmış yaman gözəl idi? Bəs əxlaq harda qaldı?”

Qeyd edək ki, “Avroviziya” qalibi Nigar Camalın “Dream Fest”dəki səhnə geyimi Əməkdar artist Fərqanə Qasımovanın tənqidinə səbəb olub. Camal isə sərt cavabında qadının seçim azadlığını vurğulayıb və şəxsi həyatına müdaxiləni qınayıb.

Related Articles

Bir cavab yazın

Back to top button