Eldəniz Zeynalovun qızı ağır həyatından DANIŞDI: “Qardaşımı xilas etmək üçün ata evimi satdım”

Xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova “Xəbərshow”a verdiyi açıqlamada illərdir üzləşdiyi ağır həyat sınaqlarından danışıb.
Milli.Az-ın məlumatına görə, bildirib ki, məşhur aktyorun vəfatından sonra qısa müddətdə anasını da itirib. Ardınca isə ailənin gənc oğlu ciddi xəstəliyə tutulub. Gülbəniz xanım qardaşını sağaltmaq üçün bütün imkanlarını səfərbər etdiyini, hətta ata ocağını belə satdığını deyib. Lakin göstərilən bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda kirayədə yaşayan və 23 il çalışdığı Azərbaycan Dövlət İqtisad Universitetindən ayrılmaq məcburiyyətində qalan Gülbəniz Zeynalova qeyd edib ki, ömrünü ailəsinə həsr etdiyi üçün şəxsi həyat qura bilməyib və bu gün ciddi maddi çətinliklərlə üz-üzədir.
Onun sözlərinə görə, bir neçə dövlət qurumuna iş üçün müraciət etsə də, hələlik heç bir cavab almayıb.



