6517d49dc7776202309235613
Eldar Mahmudov illər sonra görüntüləndi - FOTO

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün uzun müddət sonra ilk dəfə görüntülənib. 

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasiminə qatılıb. Belə ki, R.Əhmədov E.Mahmudovun bacısının həyat yoldaşı olub. Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Qeyd edək ki, E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib. Uzun müddət ictimaiyyət arasında görünməyib. Hətta ötən il onun vəfat etməsi ilə bağlı xəbərlər də yayılıb, vəkili onları təkzib edib. 

30.09.2023 11:55
4002