64d70c1f04b92202308233543
"Elçin mənim paltarımı geyinib, üzünə pudra sürtüb..."

"Rəfiqələrim bizə qonaq gələndə deyirdilər ki, həyat yoldaşın Elçin tamamilə fərqli bir insandır. Səhnəyə çıxır, hərəkət etmir, sadəcə ciddi vəziyyət alır, mahnısını ifa edir. Mən də cavab verirdim ki, siz onu evdə görsəniz necə hərəkətlər edir".

Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Lalə Dadaşova qonaq olduğu "AStar" verilişinə müsahibəsində deyib. Sənətçi mərhum həyat yoldaşı, müğənni Elçin Cəlilovdan danışıb: "Elçin başqa otağa keçib, mənim paltarımı geyinib, apelsinləri bədəninə qoyub, üzünü-gözünü bəzəyib, "kraska-pudra" sürtüb, başını da güllərlə bəzədilən saç yığanımı taxıb qapını açıb girirdi içəri. İnanın ki, elə gözəl qrim edirdi ki, onu heç tanımaq olmurdu (gülür). Bizi o qədər güldürürdü ki...

Elçin narkotika qurşanandan sonra onun qarşısına seçim qoydum: Ya mən, ailən və ya narkotik. İkisindən birini seçməli idi. Mənə söz verdi ki, evdə narkotikdən müalicə olunacaq. Məşhur olduğundan onu xəstəxanaya yatızdıra bilməzdik.

Çünki insanlar bilsə, bütün Azərbaycanda biabır olacağdıq. Elçin evdə müalicə olunurdu. Üç dəfə müalicə olunandan sonra narkotiki yenə də tərgitmədi. Bunu biləndə ondan ayrıldım". 

Qeyd edək ki, E.Cəlilov 2005-ci il mayın 10-da vəfat edib. 

12.08.2023 08:34
show 925