Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? – YEKUN RƏY…
Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb.
Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək.
Qeyd edək ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.