Rusiyanın Primorski vilayətinin Vladivostok şəhərində ekskavator şəhərin sahilində 13 yaşlı qızın üstündən keçib.
Qlobal.net bildirir ki, hadisə abadlıq işləri aparılan zaman baş verib. Qız anası ilə iş aparılan ərazidə gəzərkən uşağı 42 yaşlı sürücünün idarə etdiyi ekskavator vurub.
Qız hazırda xəstəxanadadır. Prokurorluq podratçı təşkilatın fəaliyyətində yoxlama aparır.