Əksi gözündə qalmasın deyə meyitin gözlərini çıxaran beyləqanlı bərbərin DƏHŞƏTLİ CİNAYƏTİ

Bu tip cinayətləri yalnız filmlərdə və detektiv romanlarda görə bilərsiniz. Cinayət və cinaytətdən sonra qatilin davranmışları ən yaxşı halda yaradıcı bir müəllifin ağlına gələ bilərdi. Lakin bizin canimiz özü də elə yaradıcı şəxs idi, rəssam, musiqi ifaçısı və bərbər…
Qlobal.net xəbər verir ki, 19 oktyabr 2017-ci ildə Beyləqan rayon polis şöbəsinə 1998-ci ildə anadan olmuş Beyləqan şəhər sakini Məmmədov Kərimin itkin düşməsi ilə bağlı məlumat daxil olur. Kərim Məmmədov uşaq yaşlarından epilepsiya xəstəsi olub, bir neçə dəfə rayon mərkəzi xəstəxanasında ambulator müalicə alıb, həmçinin ruhi-əsəb problemləri olduğu üçün məktəbə getməyib. Siz Kərim Məmmədovu unutmayın. Onun dəhşətli sonuna az sonra aydınlıq gətirəcəyik. Hələlki Kəriminin itkin düşməsindən 4 ay sonra baş verən daha bir cinayətə diqqət edək. Çünki bu cinayətlər arasında 4 ay sonra itkin düşmüş Kərim Məmmədov tapılmamış Beyləqanda daha bir hadisə baş verir. Beyləqan şəhərində yaşayan Kamilə Mədətovanın qonşusu onun bacısına zəng edib, Kamilənin telefon zənglərinə cavab vermədiyini deyir. Bacısı da dəfələrlə Kamiləni yığır, ancaq telefona heç kim cavab vermir. Bundan sonra ərini bacısının yaşadığı evə göndərir. Məlum olur ki, Kamilənin evində işıq yanır, televizorun səsi gəlir, ancaq həyət qapısı bağlıdır. Bundan sonra polis çağırılır və vəhşiliklə öldürülmüş qadının meyiti tapılır. Meyit müayinə olunmaq üçün morqa aparılır. Məhkəmə tibb ekspertizasının dəhşətli rəyini təqdim edirik. Kamiləyə 26 bıçaq zərbəsi vuraraq onu amansılıqla öldürmüşdülər… Ekspertiza onu da təyin edir ki, mərhum əvvəlcə arxası qatilə tərəf, sonra isə yarım oturaq vəziyyətdə olmaqla üzbəüz durub. Meyit hadisədən təxminən 30 saat sonra aşkarlanıb. Mədətova Kamilə ərini erkən itirdiyindən övladını tək böyüdüb. Hadisə baş verdiyi zaman övladı Firudin Mədətov hərbi xidmətdə olub. Ailə başçısını tez itidiyi və məcburi köçkün olduğundan onlara müavinbət verilib. Amma daim ehtiyyac içində yaşadıqlarından oğlu və qohumları Kamilənin tamah məqsədilə öldürülməsinə inanmır. Bu üzdən istintaq Kamilənin müəyyən münasibətdə ola biləcəyi şəxslər üzrə davam etdirilir. Kamilənin son günlərdə görüşdüyü şəxslər ifadə vermək üçün çağırılır.
Davamı TV11-in videomaterialında…