photo_34830950

Əhvalı yaxşılaşdıran səhər vərdişləri hansılardır?

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya-1” telekanalının efirində gün boyu yüksək əhval-ruhiyyədə qalmağa kömək edə biləcək səhər vərdişlərini açıqlayıb.

Həkim yuxudan oyandıqdan sonra, bir qayda olaraq, kürək, diz, ayaq, baş və dirsəklərində ağrı yaşadığını bildirib.

Ağrılardan xilas olmaq üçün o, hər səhər sadə idman hərəkətləri etdiyini deyib.

Həkim vurğulayıb ki, idmandan sonra soyuq suda çimir və sıyıq yeyir.

Myasnikov gün boyu yüksək əhval-ruhiyyədə qalmaq üçün bu vərdişlərdən möhkəm yapışmağı tövsiyə edib.

Mənbə: mk.ru

22.03.2022 11:12
show 257