65ccf72750bd7202402242351
Əhmədlə bağlı efirə sensassion zəng: Yaşı niyə dəyişdirilibmiş? - ŞOK VİDEO

Bakı şəhər sakini, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürməsi ölkədə şok effekti  yaradıb. 

Cinayəti  törətməkdə  şübhəli bilinən  Əhməd  Əhmədovla  bağlı  daha  bir  iddia  səsləndirilib. 

Məlumata  görə, Əhməd Əhmədov hələ məktəbli olarkən 17 yaşında Ramin Cəfərov adlı şəxsi arxadan beşbarmaqla  kürəyindən vurub və ona 18  yerdən bıçaq  zərbəsi endiribmiş. Hadisə 10 il bundan əvvəl olub. O zaman Əhmədin 17 yaşı  olsa da,sənədlərdə15 yaş yazdırıblarmış.

Hadisənin detallarını Space tV-də  yayımlanan Amil Xəlilin müəllifi olduğu "Gəl,Danış"verilişində Ramin Cəfərovun anası özü bildirib.

Qadının sözlərinə görə, Əhməd Əhmədov onun oğlunun qızıl medalları çox olduğu üçün ona paxıllığı tutumuş. Hadisə də xarici yarışa getməyə bir gün qalmış baş veribmiş.

Hadisə baş verdikdən sonra qarşı tərəf əlaqələrindən istifadə edərək cinayət işinin qarşısının alınmasına nail olub.

Daa ətraflı video məlumatı təqdim edirik:

14.02.2024 21:00
show 2483