Sosial medianın Azərbaycan seqmenti 5 nəfəri öldürən canidən danışır.
Qlobal.net Tribunainfo.az-a istinadla onlardan bəzi seçmələri təqdim edir.
Aktivist İlkin Rüstəmzadə:
Ailəsini qətl edən Əhməd 15 yaşında 30 bıçaq zərbəsi ilə həmyaşıdını
öldürübmüş.
Ailəsi həbsxanaya girməməsi üçün dəlilik kağızı düzəldib, sonra da
aradan çıxarıb Rusiyaya göndəribmiş. Oğlan qayıdıb gəlib, maşın alıb
veriblər, ev alıb veriblər, gündəlik də pul veriblər ki, fırlan özünçün.
Məmur ata, məktəb direktoru ana öz güclərindən istifadə edib övladlarını layiq olduğu cəzadan yayındırıblar.
Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar. Faciədir”.
GAP sədri Ağasif Şakiroğlu: “Az öncə TV-də ailə üzvlərini qətlə yetirən
gəncin qohumlarının danışıqlarını dinlədim. Dinlədikcə dəhşətə gəlməmək
olmurdu.
-Ayrıca ev almışdılar ki rahat yaşasın;
– Maşın almışdılar ki, taksi sürüb başını qatsın;
– Hər gün cibinə 25-30 manat qoyurdular ki, yeyib-içib əylənsin;
– Psixi xəstə olsa da, xəstəxanaya qoymurdular ki, sağlam insanlarla birgə yaşasın, dost-tanışdan utanmasın;
-15 yaşı olanda adam bıçaqlamışdı. Cəza çəkməyə qoymadılar ki, türmədə çürüməsin, gəncliyi məhv olmasın;
– “Prava” alıb vermişdilər ki, maşınla başını qatsın;
– Uşaq vaxtından idmana qoymuşdular ki, ağıldan kəm olsa da, qoldan güclü olsun:..
Sadəcə dəhşətdir! İnsanın müalicə olub da normal cəmiyyətə qarışması üçün lazım olanları etməkdən başqa demək olar ki, ailəsi hər şey edib. Nəticə göz önündədir. Bu tip yanaşma bu gün 5 nəfərimizin canını aldı…
Baş verən bu olaydan hesab edirəm ki, hər kəs dərs almalı və ibrət götürməlidir…
Allahdan ölənlərə rəhmət, yaxınlarına isə səbr diləyirəm.
Qeyd: Cinayəti törətmiş şəxs psixoloji xəstə olduğundan çox böyük
ehtimal ağır cəza da almayacaq. Ona məhkəmə qərarı ilə məcburi müalicə
veriləcək. Hansı ki, yaxınları bunu öncədən edib – baş vermiş faciənin
qarşısını zamanında ala bilərdilər. Çox təəssüf…”
Jurnalist Əfzələddin Ağalarov: “Gecənin olayı çox ağırdır.
Ailəsinin beş üzvünü öldürən Əhməd ruhi xəstəymiş.
Atası dostuna ara-ara zəng edir və ürək yanğısı ilə oğlunun dərmanlarını atmadığından şikayətlənirmiş.
Ağır psixotik epizodlar keçirən bu adamın küçələrdə gəzməsinə hamı göz yumub.
Hələ başı qarışsın deyə maşın da alıb veriblər. O da taksiyə çıxırmış.
Bu da “Qonşum nə deyər?”, “Ailəmizin adı batar” düşüncəsinin acı sonu.
Belə psixoza sahib xəstəyə kağız verib evə buraxan həkimlər də hədəfdə olmalıdır.
Belə anlaşılır ki, Əhməd kimi təyinatlı psixopatlar küçələrdə istədikləri kimi rahat gəzişə bilirlər”.
Vəkil Aqil Layıc: “15 yaşında cinayət törədən və məhkəmə tərəfindən
anlaqsız hesab edilən, sonradan bu günki faciəyə səbəb olan bu cəlladın
işində qısa olaraq onu demək olar ki, bu hadisəyə rəvac verən
valideynləri, eyni zamanda qanun alverçiləridir. O, məhkəmə dosyesi
yenidən araşdırılmalıdır. Korrupsiya öldürür!…”