65ce3b7442ebb202402242732
Əhməd cinayəti: taksilər yoxlanılır, onlayn ödəniş dayandırıldı

Əhməd Əhmədovun fevralın 13-də ailə üzvlərini qətlə yetirməsindən sonra dünəndən etibarən Bakıda fəaliyyət göstərən bütün taksi sürücüləri kütləvi şəkildə narkoloji testdən keçiblər.

Qlobal.net axar.az-a istinadən bildirir ki, bu barədə taksi sürücülərindən biri məlumat verib.

"Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüləri narkoloji testə göndəriblər", - məlumatda qeyd olunub.

Həmçinin qeyd edilib ki, onlayn ödəniş sistemi də fəaliyyətini dayandırıb və hazırda heç bir taksiyə görə onlayn ödəniş etmək mümkün deyil. Yeni qanunvericiliyə uyğun olaraq lisenziya alan taksi sürücüləri üçün onlayn ödəniş sistemi bərpa ediləcək.

16.02.2024 12:42
show 1388