64feedbde3f1e202309233645

Əhaliyə XƏBƏRDARLIQ - Sentyabrın 12 və 13-də...

Kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəşdə fəallıq orta səviyyədə olmuşdur.

Qlobal.net xəbər verir ki, bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Maksimal sinifli alışma 3225 və 3421 oblastlarındakı M 2.0 (R1) sinifli alışmalar olub. Alışmalar nəticəsində II və IV tip radioemissiya qeydə alınıb. Günəş ləkələrinin sayı artaraq, 9 ləkə qrupu və 167 ləkə müşahidə olunur. Həmçinin bir neçə Tac Kütlə Atılması (TKA) baş verib. Günəşin səthində kiçik Tac dəlikləri qeyd olunsa da, Yerə istiqamətlənmiş ekvatorial Tac dəlikləri müşahidə olunmur. 

Geomaqnit sahəsi 5 sentyabrda Günəşdə Yerdən əks istiqamətdə baş vermiş TKA-sı nəticəsində şok dalğasının təsiri ilə G1 səviyyəsinə qədər yüksələrək zəif geomaqnit qasırğası baş verib.

Kosmik hava proqnozuna görə, proqnoz günlərində (11 sentyabr - 17 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

11.09.2023 14:35
show 2226