bakı

Əhaliyə XƏBƏRDARLIQ - Həftəsonu səhərdən etibarən...

Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri bildiriblər ki, şənbə və bazar günləri, avqustun 17-18-də Yer kürəsində G1 sinifli maqnit qasırğası gözlənilir.

Qlobal.net xəbər verir ki, bu barədə laboratoriyanın saytında məlumat verilir.

Alimlər fırtınanın şənbə günü axşamdan bazar gününün sonuna qədər davam edəcəyini bildiriblər. Avqustun 18-nə keçən gecə G1 səviyyəsinə çatacaq. Bazar günü günortadan sonra maqnit sahəsinin pozulması zəifləməyə başlayacaq. Fırtınanın bazar ertəsi, avqustun 19-na kimi tamamilə keçəcəyi gözlənilir.

Xatırladaq ki, maqnit fırtınaları beş sinfə bölünərək G1-ni zəif, G2-ni mülayim fırtına, G3-ü güclü tufan, G4-ü çox güclü tufan, G5-i isə son dərəcə güclü fırtına kimi göstərir. Güclü fırtınalar peyk sistemlərinin, o cümlədən GPS-in işinə təsir göstərərək naviqasiyanın dəqiqliyini və etibarlılığını müvəqqəti azalda bilər. Bəzi insanlar maqnit qasırğaları zamanı özlərini daha pis hiss etdiklərini bildirirlər. (BAKU.WS)

16.08.2024 11:25
show 279