Sabah Abşeron, İsmayıllı və Samux rayonlarının, həmçinin Gəncə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qlobal.net xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Pirəkəşkül” QPS-də istismara yararsız qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, “İsmayıllı” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində və “Talıstan” ölçü qovşağından qidalanan qaz xəttində təmir işlərinin aparılması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Gəncə” və “Samux” QPS-lər arası 720 mm-lik qaz kəmərində kompensatorun quraşdırılması ilə əlaqədar 23.08.2023-cü il tarixdə saat 09:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Qaçqınlar şəhərciyinin, Müşviqabad və 28 May qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin, İsmayıllı rayonunun və Gəncə şəhərinin tam olaraq, Samux rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.