65ffc0df75d63202403245751
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: - Martın 25-dək...

Bakı, Abşeron yarımadasında və bölgələrdə dumanlı hava şəraiti müşahidə olunub.

Bu barədə Qlobal.net-ə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilir ki, duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Bakı, Sumqayıt, Neft daşları, Pirallahı, Daşkəsən, Altıağac, Xaltan, Lerik, Astara, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Dumanlı hava şəraitinin səbəbi nisbətən isti hava kütləsinin soyuq səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

Dumanlı hava şəraiti martın 25-i səhərədək davam edəcək.

24.03.2024 09:57
show 245