65f52b7a48173202403241746
Əhaliyə XƏBƏRDARLIQ: Bu mesajları açmayın!

"Azərpoçt" MMC-nin adından dələduzluq halları davam etməkdədir.

Qlobal.net xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

16.03.2024 09:16
show 328