Əhaliyə XƏBƏRDARLIQ: avqustun 1-dən 5-dək...

Avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Bu barədə Qlobal.net-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Şərq küləyi arabir 15-18 m/s olacaq.Çaylarda sululuğun artacağı ehtimalı var.